Üç ölkənin elektrik şəbəkəsi birləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Üç ölkənin elektrik şəbəkəsi birləşdirilir

İqtisadiyyat

25 Dekabr 2020 10:34 836


Azərbaycan, Rusiya və İran arasında elektrik şəbəkələrinin birləşdirilməsi layihəsi üzrə texniki iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması üzrə müvafiq işlər davam etdirilməkdədir.

Bu barədə Yenisabah.az-a Azərbaycanın Energetika Nazirliyindən bildiriblər.

“Belə ki, 2018-ci ilin 12 oktyabr tarixində Moskvada Rusiya-Azərbaycan-İran elektrik enerjisi sistemlərinin birləşdirilməsi ilə bağlı üçtərəfli işçi qrupunun birinci iclası keçirilib. Eyni zamanda, 2019-cu ilin 12 avqust tarixində Azərbaycan tərəfindən “Azərenerji” ASC, İran tərəfindən “Tavanir”, Rusiya tərəfindən “Rosseti” PSC və “СО ЕЭС” ASC şirkətlərinin nümayəndələrinin iştirakı ilə sözügedən layihə üzrə TİƏ-nin birgə hazırlanmasına dair razılaşma imzalanmışdır. Hazırda TİƏ-nin imzalanması üzrə Rusiya və İran tərəfi ilə, həmçinin əsaslandırmanın hazırlanması üzrə məsləhətçi qismində seçilmiş şirkətlə üçtərəfli müzakirələr aparılmaqdadır. Əsaslandırmanın hazırlanması başa çatdıqdan sonra icra mərhələsinə başlanılacaqdır.” pizza mizza

Nazirlikdən birldiriblər ki, layihənin texniki iqtisadi əsaslandırmanın hazırlanması məqsədilə Azərbaycan, Rusiya və İranın Energetika nazirləri müavinləri arasında aparılan texniki müzakirələr və razılaşmalara əsasən, İranın Monenko Mühəndislər Konsultasiya Şirkəti (Monenco Iran Consulting Engineers Company) məsləhətçi şirkət qismində təyin olunub.

“Qeyd etmək lazımdır ki, adıçəkilən şirkət bir çox beynəlxalq ekspertlərə malikdir və iri həcmli layihələrin hazırlanmasında və icrasında iştirak etmişdir. Bu layihənin həyata keçirilməsi hər üç ölkə arasında, eləcə də onların enerji sistemləri üzərindən digər ölkələrlə elektrik enerjisinin idxal və ixracına imkan yaratmış olacaq. Enerjisistemdə baş verəcək qəzalar zamanı yaranacaq fasilələrin iştirakçı ölkələrin enerjisistemləri vasitəsilə qarşısının alınmasına nail olunacaq ki bu da, elektrik enerjisi təhlükəsizliyi üçün əhəmiyyətlidir. Eyni zamanda, enerjisistemlərin birləşdirilməsi elektrik enerjisi istehsalında səmərəliliyə səbəb olacaqdır.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!