Üç övladı ilə itkin düşən qadın “Səni axtarıram”a çıxdı - Boşanmaq istəyir...

saytların hazırlanması

Evə çatdırılma

Üç övladı ilə itkin düşən qadın “Səni axtarıram”a çıxdı - Boşanmaq istəyir...

Sosial

21 Yanvar 2020 19:01 1387


Üç gün öncə üç övladıyla birlikdə itkin düşən Əfsanə İsayeva tapılıb.

"Yeni Sabah" xəbər verir ki, qadın Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinə gələrək əri Səxavət İsayevin onu qırmancla, şallaqla döydüyünü, işgəncələr verdiyini bildirib.

S.İsayev canlı efirə gələrək Əfsanənin dediklərini təsdiq edib: pizza sifarişi

“Əsəbi olmuşam, bilməmişəm. O, məni qısqanır və aramızda mübahisə yaranır, cavab qaytarır, mən də əsəbiləşib vururam”.

Əfsanə İsayeva bildirib ki, o, ərindən boşanmaq istəyir. O, həmçinin anası və qardaşından da incik olduğunu dilə gətirib:

“Xahiş edirəm, məni sığınacağa yürləşdirin. 10 ildir dözürəm, daha dözə bilmirəm. Bir il əvvəl anamın yanına getdim. Dedi ki, oğlum əsgərlikdən gəlir, başım qarışıqdır, get, ər evindən ağ kəfənlə çıxacaqsan. İndi mənə nə qardaş, nə də ana lazım deyil”.

Səxavət İsayev isə boşanmaq istəmədiyini deyib. /Ölkə.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!