Üç qazi Milli Məclisdə işlə təmin olundu

saytların hazırlanması

Evə çatdırılma

Üç qazi Milli Məclisdə işlə təmin olundu

Maraqlı

04 Noyabr 2022 21:11 918


Zəfər Gününün ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə parlamentdə dövlət qulluğuna qəbul edilmiş bir qrup əməkdaşın andiçmə mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, qazilər - Nicat İlqar oğlu Abdurrahmanov, İzzət Zakir oğlu Balacayev və Bəşir Nəbi oğlu Hüseynzadə and içiblər. Milli Məclisin sədri Sahibə Qafarova onlara xidməti vəsiqələrini təqdim edərək dövlət qulluğunda gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra parlamentin foyesində yaradılmış “Zəfər Guşəsi”nin açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova qırmızı lenti kəsərək “Zəfər Guşəsi”nin açılışını edib. Dördpendirli pizza

“Zəfər Guşəsi”nin yuxarı hissəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi öz əksini tapıb. Mərkəzdə Vətən müharibəsində qazanılmış Zəfər münasibəti ilə Milli Məclisdə təsis olunmuş orden və medallar sərgilənib. Guşənin hər iki tərəfində müharibədə şəhid olmuş Vətən övladlarının adları həkk olunub, işğal dövründə dağıdılmış binalar, azad olunmuş ərazilərdə aparılan möhtəşəm quruculuq və bərpa işləri fotoşəkillərdə öz əksini tapıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!