Üç qızıl medal qazanan idmançımız: “Avropa birinciliyinə rekord üçün getmişdim”

saytların hazırlanması

Evə çatdırılma

Üç qızıl medal qazanan idmançımız: “Avropa birinciliyinə rekord üçün getmişdim”

İdman

09 İyul 2023 23:37 978


“Bu nəticəni gözləyirdim. Hətta daha artığına nail olmaq istəyirdim. Moldovaya rekord üçün getmişdim”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Ravin Alməmmədov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa birinciliyindəki çıxışı barədə danışarkən deyib.

Üç qızıl qazanan idmançı daha yaxşı nəticə göstərə biləcəyini söyləyib: “Yarış çox yaxşı, istədiyimiz kimi keçdi. Bundan da artığı ola bilərdi. Üç qızıl medal qazandım. Həm təkanla qaldırmaqda, həm birdən qaldırmaqda, həm də ümumi nəticədə birinci oldum”. Dominos pizza

R.Alməmmədov qarşıdakı dünya çempionatında da uğur qazanmaq istədiyini əlavə edib: “Növbəti yarışlara hazırlaşırıq. 20 yaşlıların dünya çempionatı olacaq. Onada da özümü göstərmək istəyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!