Üç rayon üzrə səyyar qəbul keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Üç rayon üzrə səyyar qəbul keçiriləcək

Sosial

27 Mart 2019 16:50 788


Martın 29-da paytaxtın Qaradağ, Yasamal və Səbail rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

"Yeni sabah" xəbər verir ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 288 nömrəli tam orta məktəbdə (Ünvan: Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 5) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq. Dominos pizza

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!