Üç şəhərimiz YUNESKO-nun şəbəkəsinə üzv seçildi

saytların hazırlanması

Evə çatdırılma

Üç şəhərimiz YUNESKO-nun şəbəkəsinə üzv seçildi

Siyasət

23 Sentyabr 2020 17:43 1067


Azərbaycanın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib.

XİN-dən Yenisabah.az-a verilən məlumata görə, bu ilin 23 sentyabr tarixində YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi tərəfindən adları açıqlanan üzvlər sırasında ilk dəfədir ki, Azərbaycan şəhərləri yer alır. Bu il, ümumilikdə, 27 ölkədən 55 şəhər Qlobal Şəbəkəyə qoşulub. Bu münasibətlə, 23 sentyabr tarixində Şəbəkəyə seçilən yeni üzvlərin elan olunması ilə bağlı video-görüş formatında tədbirin keçirilməsi nəzərdə tutulur.

Şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, YUNESKO yanında Daimi Nümayəndəliyimiz və aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib. Dominos pizza

Qeyd edək ki, YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur. YUNESKO-nun Həyatboyu Təhsil üzrə Qlobal Şəbəkəsinin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür. Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkənin fəaliyyəti Almaniyanın Hamburq şəhərində yerləşən YUNESKO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən əlaqələndirilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!