“Uçan taksi“nin sürücüsü ilk dəfə DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

“Uçan taksi“nin sürücüsü ilk dəfə DANIŞDI

Sosial

14 Aprel 2025 08:17 4254


Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü ilk dəfə danışıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

 Taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov bildirib ki, o, narkoloji testdən keçib: pizza mizza

 "Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım".

 O, guya 90 min manat pul yığılması və ona avtomobil hədiyyə ediləcəyi ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib:

 "Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir".

 Qeyd edək ki, iki gün əvvəl Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsü idarəetməni itirərək arakəsməni yararaq, Heydər Əliyev prospekti ilə hərəkətdə olan "Ford"a dəyib, uçaraq yolun o biri tərəfinə düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Good
    Bakida deliye hörmet mall vurana hörmet ona gorede gic gic adamlar coxalir
    1 year ago