“Uçan taksi”nin sürücüsü xəstəxanadan niyə qovulub? 

saytların hazırlanması

Evə çatdırılma

“Uçan taksi”nin sürücüsü xəstəxanadan niyə qovulub? 

Sosial

16 Aprel 2025 10:34 949


Atam Anar Nəcəfov müalicə aldığı Sabunçu Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb. Buna səbəb bir neçə gün əvvəl atamın yığılan pullarla bağlı açıqlama yaydığı videoda səsləndirdiyi fikirlər olub.

“Yeni Sabah” xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında sürücü Anar Nəcəfovun oğlu Elvin Nəcəfov deyib.

Onun sözlərinə görə, hazırda atasının durumu orta-ağırdır və o, özəl xəstəxanaya yerləşdirilib. Dördpendirli pizza

"Atam o videoya görə dövlət xəstəxanasından çıxarıldı. Videodan sonra xəstəxananın baş həkimi atama yaxınlaşıb video çəkdiyinə görə oradan çıxmalı olduğunu dedi. Bu səbəbdən atam hazırda Əhmədlidə yerləşən Diaqnoz Tibb Mərkəzinə yerləşdirilib, günü 250 manata müalicə alır. Əməliyyat üçün əlavə 10 min manat pul lazımdır. Əməliyyatdan sonra isə yeriyə bilməsi 50 faiz ehtimaldır. Hazırda 4-5 min manat pul yığılıb. 90-100 min manat pul yığılması isə şayiədir. Allah şahiddir", - deyə o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!