Ucarda azyaşlını maşın vurub.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün rayonun Oğuz küçəsində qeydə alınıb.
Rayonun Bərgüşad kənd sakini, 1995-ci il təvəllüdlü Aydın İsmayıl oğlu Müslümzadənin idarə etdiyi "VAZ 2107" markalı minik maşını Ucar şəhəri 4 nömrəli orta məktəbin şagirdi, 2016-cı il təvəllüdlü Məryəm Teymur qızı Nurizadəni vurub. Pepperoni pizza
Azyaşlı ağır xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi yardımdan sonra M. Nurizadə Göyçay xəstəxanasına göndərilib.
Fakt araşdırılır.
Telegram kanalımız