Ucarda avtomobil yandı

saytların hazırlanması

Evə çatdırılma

Ucarda avtomobil yandı

Hadisə

11 May 2023 01:57 853


Ucarda “Azsamand” markalı avtomobil yanıb.

Yenisabah.az ”Report”a istinadən xəbər verir ki, hadisə rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini Kərimov Kamil Kamran oğlu 31-BF-640 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobillə hərəkətdə olarkən avtomobil yanmağa başlayıb. Pepperoni pizza

Hadisə yerinə Kürdəmir və Ucar rayonlarının yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğına səbəb kimi avtomobilin elektrik naqillərində baş verən qısaqapanma göstərilir.

Hazırda faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!