Ucarda dəhşətli qəza: Maşın dayanacağa çırpıldı   - 2 nəfər öldü + Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ucarda dəhşətli qəza: Maşın dayanacağa çırpıldı - 2 nəfər öldü + Fotolar

Hadisə

21 Dekabr 2020 18:22 1220


Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Araz Zakir oğlu Bayramovun idarə etdiyi "VAZ 21012" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dayanacağa çırpılıb.

Nəticədə sürücü A. Bayramov və hələlik şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb. pizza

Meyit FHN-nin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.   /APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!