Ucarda fermada yanğın: 4000 cücə tələf oldu

saytların hazırlanması

Evə çatdırılma

Ucarda fermada yanğın: 4000 cücə tələf oldu

Hadisə

05 Yanvar 2025 21:28 432


Ucarda cücə sexində yanğın olub.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Rayon sakini Asif Əvəz oğlu Nuruyevə məxsus ümumi sahəsi 450 kvadratmetr olan cücə sexində güclü yanğın baş verib. Yanğın zamanı 210 kvadratmetr sahə yanıb. Sezar pizza

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Zərərçəkənin sözlərinə görə, 4000 cücə yanaraq tələf olub. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Fakt araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!