Ucarda yol qəzası olub, ölən və xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Ucarda yol qəzası olub, ölən və xəsarət alan var

Hadisə

19 Noyabr 2020 22:10 1125


Ucarda 1 nəfərin ölümü, daha 1 nəfərin ilə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.

Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Fikrət Səlimovun idarə etdiyi "Hyundai" markalı minik maşını qoşqulu traktora çırpılıb. Nəticədə minik maşınında olan sərnişin - 1964-cü il təvəllüdlü İradə Əliyeva hadisə yerində ölüb. "Hyundai"ın sürücüsü F.Səlimov isə xəsarət alıb. pizza sifarişi

Hadisə baş verən magistral yolun Gəncə istiqamətində tıxac yaranıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.   /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!