Ucarda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ucarda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlandı

Hadisə

16 Fevral 2025 16:54 202


Fevralın 16-da saat 03:00 radələrində Bakı-Qazax magistralının Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 22 nəfər (7-si qadın cinsli, 15-i kişi cinsli olmaqla) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBIB-dən bildirilib.

Xəsarət alanlardan 1-i 2020-ci il təvəllüdlü azyaşlıdır. Dördpendirli pizza

Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin sınığı, əzilməsi, qarın boşluğu orqanlarının əzilməsi və sair diaqnozlar qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Həmin şəxslərdən 7 nəfərinin müalicəsi hazırda xəstəxanada stasionar şəraitdə davam etdirilir.

15 nəfər ambulator müalicə üçün evə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!