Ucarda zəncirvari qəza: Üç avtomobil yararsız hala düşdü

saytların hazırlanması

Evə çatdırılma

Ucarda zəncirvari qəza: Üç avtomobil yararsız hala düşdü

Hadisə

02 Oktyabr 2024 23:17 860


Ucarda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, hadisə Ucar-Zərdab yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ucar rayon Lək kənd sakini, 30 yaşlı Fərhad Məmməd oğlu Hüseynov "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub. pizza hut

Digər rayon sakini, 30 yaşlı Fərman Abuzərov isə kömək məqsədilə idarə etdiyi VAZ-2106 markalı minik avtomobilini yol kənarında saxlayıb. Arxadan gələn Qeys Əmirovun idarə etdiyi BMW markalı minik avtomobili isə VAZ-2106-ya çırpılıb. Zərbənin gücündən BMW yoldan çıxaraq aşıb.

Nəticədə hər üç avtomobil yararsız hala düşüb və Sumqayıt şəhər sakini, 46 yaşlı Vüqar İmamqulu oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!