Ucardakı qəribə məxluqla bağlı açıqlama: “Bütün bunlar...“

saytların hazırlanması

Evə çatdırılma

Ucardakı qəribə məxluqla bağlı açıqlama: “Bütün bunlar...“

Sosial

22 Avqust 2019 10:23 1267


Rəsmi qurumlar Ucar rayonunun Qaradağlı icra nümayəndəliyinə daxil olan Çini kəndində bədheybətin peyda olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupunun rəhbəri Toğrul Nəsirli APA-ya polis əməkdaşlarının ərazidə xidmət apardıqlarını deyib:

 “Analoji hadisələr qonşu Ağdaş və İsmayıllı rayonlarında da baş vermişdi. Bu vaxta qədər heç bir qeyri-adi məxluqa rast gəlinməyib. Narahatçılığa heç bir əsas yoxdur. Bütün bunlar reallıqdan kənar bir məsələdir”. Toyuqlu pizza

Ucar Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Zeynalov isə  açıqlamasında bu vaxta kimi kənddə belə bir hadisənin baş vermədiyini deyib:

“Bütün bunlar sadə insanlar arasında yayılan söz-söhbətdir. Kənddə heç bir qeyri-adi məxluq yoxdur və heç kəsə bu vaxta kimi ziyan dəyməyib. Kənd sakinləri arasında yayılan bu söz-söhbətlər reallığı əks etdirmir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!