Ucardakı qorxulu məxluq tutulub? -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ucardakı qorxulu məxluq tutulub? - Açıqlama

Rəsmi

18 Avqust 2019 15:40 7016


Ucar rayonunun Çiyni kəndi ərazisində yerli əhalini qorxu və dəhşətə salan naməlum tüklü məxluqun axtarışları davam edir. Sakinlər arasında onun tutulması haqqında şayiələr yayılıb.

“Yeni Sabah” xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli Oxu.az-a açıqlamasında xəbəri təkzib edib:

"Çiyni kəndi ərazisində artıq neçə gündür ki, polis postları qurulub. Amma hələ ki, deyilən naməlum məxluq görünməyib. Axtarışlar aparılır". Dominos pizza

Qeyd edək ki, rayon sakinləri gecələr yaşayış məntəqəsinə çıxaraq insanları qorxudan bədheybətin olduğunu iddia edirlər. Buna görə qadın və uşaqlar, bəzən isə hətta kişilər axşamlar küçəyə çıxmağa qorxduqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!