Üçmərtəbəli yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək?

saytların hazırlanması

Evə çatdırılma

Üçmərtəbəli yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək?

Sosial

09 May 2020 12:21 968


“Şərti adı “B3” olan metro stansiyası bu ilin sonunda təhvil verilə bilər”. 

Yenisabah.az bildirir ki, bunu Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

O bildirib ki, stansiyada son yekunlaşma işləri aparılır: Dominos pizza

“Stansiya 3 mərtəbəli olacaq. Artıq 17 eskalator quraşdırılıb. Stansiyada sərnişinlər üçün liftlərin quraşdırılması da nəzərdə tutulur. Aparılan işlər demək olar ki, yekunlaşıb. Karantin rejimi ilə əlaqədar sərhədlərin bağlı olması, zəruri avadanlıqların əldə olunmasına çətinlik yarada bilər. Bu kimi məqamlar olmazsa, ilin sonunda stansiyanın açılışı gözlənilir”.

Qeyd edək ki, bu günə qədər metro stansiyaları arasında ən hündürü 5 mərtəbəli “Əcəmi 2” stansiyasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!