Üçtərəfli İşçi Qrup yaxın günlərdə yenidən görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Üçtərəfli İşçi Qrup yaxın günlərdə yenidən görüşəcək

Rəsmi

02 Dekabr 2021 11:55 795


Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupun dekabrın 1-də keçirilən növbəti iclası yaxın günlərdə davam edəcək.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

“Nəticələr barədə yalnız iclasdan sonra danışmaq mümkün olacaq”, - deyə ofisdən bildirilib. pizza

Xatırladaq ki, dekabrın 1-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun iclası keçirilib.

Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işləmək üçün üçtərəfli işçi qrupu yaradılıb.

Noyabrın 26-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşünün yekunlarına əsasən, Rusiya prezidenti Vladimir Putin baş nazir müavinlərinin Moskvada bir araya gələcəklərini bəyan edib.

Qeyd olunur ki, ilin sonuna kimi iki ölkə arasında delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!