Üçüncü kurs tələbəsi faciəvi şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Üçüncü kurs tələbəsi faciəvi şəkildə öldü

Hadisə

20 Dekabr 2023 23:26 1105


Bu gün saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində piyadalardan biri - 2005-ci il təvəllüdlü Nazlı Rövşən qızı Hüseynova aldığı xəsarətlərdən vəfat edib, digər piyada İmamrza Çingiz oğlu Sadıqzadə isə xəsarət alıb.

Hər iki piyadanın Mingəçevir Turizm kollecinin üçüncü kurs tələbəsi olduğu bildirilir. pizza hut

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ceyhun
    Allah,rəhmət eləsin,
    2 years ago