Ucuz kosmetika reklamı: Dermatoloq xəbərdarlıq edir

saytların hazırlanması

Evə çatdırılma

Ucuz kosmetika reklamı: Dermatoloq xəbərdarlıq edir

Sosial

27 Avqust 2025 17:24 430


“Kosmetikanın əsas məqsədi üzdə olan qüsurları gizlətməkdir. Təəssüf ki, bəzən gənc xanımlar heç bir qüsur, qırış və s. olmadığı halda kosmetikadan ifrat istifadə edirlər".

Yenisabah.az xəbər verir ki, bunu həkim-dermotoloq Vaqif Abdullayev deyib.

O, sosial şəbəkələrdə gözəllik və baxım məhsullarının ucuz qiymətlə reklam olunması hallarını şərh edib: Toyuqlu pizza

“Dəri nəfəs almalıdır. Məsamələr tər vəzilərinin və yağ vəzilərinin axarlarıdır. Kosmetikanın ifrat istifadəsi bu məsamələri tıxayır. Nəticədə, tər və yağ ifrazı çətinləşir və bu da xırda iltihablara, sızanaqların yaranmasına səbəb olur”.

Həkim bildirib ki, bu hal kosmetikanın ucuz və ya bahalı olmasından asılı deyil:

“Digər tərəfdən, ucuz və keyfiyyətsiz, mənşəyi məlum olmayan kosmetik vasitələr daha ciddi problemlərə yol aça bilir. Belə məhsullar kontakt dermatit (təmas dermatiti), allergik reaksiyalar və hətta ağır metallardan qaynaqlanan zəhərlənmə riski yarada bilər.

Ona görə də mütəxəssislər üzündə qüsuru olmayan şəxslərə ümumiyyətlə, kosmetikadan istifadə etməməyi tövsiyə edirlər. Əgər istifadə olunursa, yalnız tanınmış şirkətlərin istehsal etdiyi, keyfiyyətə nəzarət edilən məhsullar seçilməlidir. Mənşəyi məlum olmayan və ucuz xammallardan hazırlanmış kosmetikadan uzaq durmaq lazımdır.

Kosmetik vasitələr arasında yalnız Günəşdən müdafiə kremlərinin istifadəsini məsləhətlidir. Xüsusilə, yay aylarında bu kremlər dərini qoruyaraq müxtəlif problemlərin qarşısını almağa kömək edir”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!