“Uduzmağı da bacarmaq lazımdır” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Uduzmağı da bacarmaq lazımdır” - Qurban Qurbanov

İdman

19 May 2021 23:56 1748


"Bu cür sonluq futbola sevgini daha da artırır. Belə hallar olur. Məğlubiyyətə də hazır olmalıyıq. Uduzmağı da bacarmaq lazımdır. Bu, futbolun prinsiplərindən biridir. Hər zaman uğur əldə etmək olmur".

Yenisabah.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.

Q.Qurbanov çempionluq münasibətilə "Neftçi" azarkeşlərini və rəqib həmkarını təbrik edib: Dominos pizza

"Hər zaman yerli məşqçilərin uğuruna sevinirəm. Sonadək mübarizə apardıq. Futbolçularımı da təbrik etdim. Mövsüm bizim üçün çox ağır keçdi. Biz komandaya qarşı mübarizə apardıq. Baş məşqçilər arasında hər şey normaldır. Siz necə qəbul edirsiniz, edin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!