Uduzsaydıq, şəhidlərimizin sümükləri sızıldayardı - AKAR

saytların hazırlanması

Evə çatdırılma

Uduzsaydıq, şəhidlərimizin sümükləri sızıldayardı - AKAR

Maraqlı

29 May 2023 00:44 1015


"85 milyon böyük və qüdrətli olan Türkiyəni seçdi, terrora son qoymaqda nə qədər qərarlı olduğunu dilə gətirdi. Gerisi bizə bağlıdır". 

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar xalqa xitabən deyib. 

"Siz sabitliyin, birliyin, milli-mənəvi dəyərlərin tərəfində olmusunuz. Sağ olun. Hər sahədə, o cümlədən terrorla mübarizədə əldə etdiyimiz nailiyyətləri itirmədiniz. Buna görə sizə təşəkkür edirəm. Dedikləri kimi olsaydı, bu seçkidə uduzsaydıq, terrorla mübarizədə çox geriyə düşərdik. Şəhidlərimizin sümükləri sızıldayardı, buna imkan vermədiniz, sağ olun. Terrorçuların böyük gözləntiləri vardı. Onlar seçkidən çox şey gözləyirdilər. Amma sizin sayənizdə bunu tapa bilmədilər. 85 milyon insan böyük və güclü ölkə olan Türkiyəni seçdi, terrora son qoymağın nə qədər əzmli olduğunu dilə gətirdi. Terrorçuları qazdıqları çuxurlara basdıraraq, soylu millətimizi terror bəlasından xilas etmək əzmindəyik. Allahın lütfü ilə biz buna çox yaxınıq. Türk əsrinə qədəm qoyduq və bundan sonra daha böyük addımlarla ölkəmizi təhlükəsiz etmək üçün hamımız birlikdə çalışacağıq. Heç kimin şübhəsi olmasın",- deyə nazir çıxışında bildirib.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!