UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi üçün püşk atılıb.
Yenisabah.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.
1/4 mərhələsində aşağıdakı komandalar üz-üzə gələcək:
“Real Madrid” (İspaniya) - “Chelsea” (İngiltərə)
“Internazionale” (İtaliya) - “Benfica” (Portuqaliya)
“Manchester City” (İngiltərə) - “Bayern München” (Almaniya)
“AC Milan” (İtaliya) - “Napoli” (İtaliya)
Bu mərhələnin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində, final isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.
Telegram kanalımız