UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
Yenisabah.az xəbər verir ki, bu mərhələdən etibarən istənilən ölkə təmsilçiləri bir-biriləri ilə qarşılaşa biləcəklər.
UEFA Avropa Liqası 1/4 final mərhələsi
“Manchester United” (İngiltərə) – “Sevilla” (İspaniya);
“Juventus” (İtaliya) – “Sporting CP” (Portuqaliya);
“Bayer Leverkusen” (Almaniya) – “Royale Union Saint-Gilloise” (Belçika);
“Feyenoord” (Niderland) – “Roma” (İtaliya).
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puskás Aréna” da baş tutacaq.
Telegram kanalımız