UEFA Azərbaycanı Ermənistanla eyni qrupa düşməyə qoymadı

saytların hazırlanması

Evə çatdırılma

UEFA Azərbaycanı Ermənistanla eyni qrupa düşməyə qoymadı

İdman

02 Sentyabr 2020 16:45 797


Futzal üzrə AVRO-2022-nin püşkatma mərasimi zamanı maraqlı hadisə baş verib. 

Yenisabah.az xəbər verir ki, püşkün nəticəsində Azərbaycan yığması 2-ci qrupa düşüb. Lakin bu qrupda Bolqarıstan - Ermənistan cütü yer aldığı üçün millinin qrupu dəyişib. 

Nəticədə Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibinin olduğu 3-cü qrupa düşüb. pizza hut

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşə bilməz. 

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində qrup oyunları dekabrın 6-da başlayacaq və 2021-ci il aprelin 14-də yekunlaşacaq. 

Modern.az yazır ki, yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. İkinci yerin sahibləri arasında ən zəif göstəriciyə malik iki komanda isə pley-off görüşündə üz-üzə gələcək. Bu oyun 2021-ci ilin noyabrında gerçəkləşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!