UEFA “Beşiktaş”a qadağa qoydu

saytların hazırlanması

Evə çatdırılma

UEFA “Beşiktaş”a qadağa qoydu

İdman

03 Oktyabr 2024 21:14 768


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) "Beşiktaş"ın Avropa Liqasındakı oyununa azarkeş qadağası qoyulub.

Yenisabah.az xəbər verir ki, oktyabrın 24-də Fransada baş tutacaq "Lion" - "Beşiktaş" matçına İstanbul təmsilçisinin tərəfdarları buraxılmayacaqlar.

Həmçinin, şəhər ərazisində "qartallar"ın fanatlarının mərkəzi yerlərdə, stansiyalarda, stadionun yaxınlığında toplaşması qadağan edilib. Pepperoni pizza

Qeyd edək ki, "ağ-qaralar" daha öncə 2016/17 mövsümündə də eyni klubla üz-üzə gəlib və azarkeşlər arasında yaşanan gərginliyə görə matç vaxtından 45 dəqiqə gec başlayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!