UEFA Çempionlar Liqasının cavab oyunları ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

UEFA Çempionlar Liqasının cavab oyunları ilə bağlı qərar verdi

İdman

06 İyul 2020 17:06 1027


Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları neytral meydanda keçirilməyəcək.

Yenisabah.az xəbər verir ki, UEFA ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə razılıq verib. Bu barədə iyulun 10-da rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar verib. Dördpendirli pizza

Qol.az yazır ki, 1/8 finalın cavab matçında "Mançester Siti" "Real"ı (ilk oyun -2:1), "Yuventus" "Lion"u (ilk oyun - 0:1), "Barselona" "Napoli”ni (ilk oyun 1:1), "Bavariya" isə "Çelsi"ni (ilk oyun -3:0) qəbul edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!