UEFA Çempionlar Liqasının toplarını təqdim etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

UEFA Çempionlar Liqasının toplarını təqdim etdi - Foto

İdman

28 Avqust 2024 19:20 431


UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün əsas mərhələsində istifadə olunacaq topları təqdim edib.

Oxu.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Adidas" şirkətinin istehsal etdiyi yeni toplar klassik görünüşə malikdir.

Lakin toplar yenilənmiş texnologiya ilə dizayn edilib. Yeni dizaynda 2019-cu ildən bəri təqdim olunan toplardan fərqli ofset naxışı deyil, daha çox ulduz formalarına üstünlük verilib. Marqarita pizza

Yeni top qrafik dizaynla yanaşı, təkmilləşdirilmiş dəqiqlik və sürüşmə üçün hazırlanmış bir sıra performans texnologiyasına da malikdir. Bu texnologiya bir sıra külək tunellərində və meydanlarda da ciddi şəkildə sınaqdan keçirilib və tamamilə yenilənib.

Qeyd edək ki, toplar Çempionlar Liqasının həm kişilər, həm də qadınlar arasında keçiriləcək oyunlarında istifadə olunacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!