UEFA Çempionlar Liqasının və Avropa Liqasının final gününü müəyyənləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

UEFA Çempionlar Liqasının və Avropa Liqasının final gününü müəyyənləşdirdi

İdman

16 Aprel 2020 22:45 1012


Çempionlar Liqasının (ÇL) final matçının tarixi müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, turnir planlaşdırılan vaxtda bərpa olunsa, UEFA həlledici görüşün avqustun 29-da keçirilməsini istəyir.

Qurum gələn həftə baş tutacaq videomüşavirədə bunu üzv federasiyalara təklif edəcək, İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxaracaq. UEFA koronavirus pandemiyası səbəbindən dayandırılan ÇL-in 1/4 final mərhələsinin 28-29 iyul tarixində, qalan qarşılaşmaların isə avqustda keçirilməsini hədəfləyir. Avropa Liqasının finalı isə 26 avqust tarixinə planlaşdırılır. pizza mizza

Klublar əvvəlcə çempionatların bərpasını və təqviminin müəyyənləşməsini, daha sonra avrokubokların taleyinin müzakirəsini istəyir. Avrokubokun qalan görüşlərinin avqusta salınması ölkə çempionatlarında ardıcıl oyunların keçirilməsinə də zəmin yaradacaq.

Qeyd edək ki, Çempionlar Liqasının final matçının İstanbulda, Avropa Liqasının həlledici görüşünün isə Qdanskda keçirilməsi nəzərdə tutulur. /Apasport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!