UEFA Çempionlar Liqasının yeni mövsümünün ilk püşkatması keçirildi

saytların hazırlanması

Evə çatdırılma

UEFA Çempionlar Liqasının yeni mövsümünün ilk püşkatması keçirildi

İdman

09 İyun 2021 00:46 878


İsveçrənin Neon şəhərində 2021/2022-ci illər mövsümü UEFA Çempionlar Liqasının ilkin raundunun püşkatma mərasimi keçirilib. Mini-turnir formatında keçirilən raundun qalibi birinci təsnifat mərhələsinə çıxış imkanı qazanacaq.

Yenisabah.az xəbər verir ki, ilk yarımfinal oyununda iyunun 22-də “Folqore” (San-Marino) və “Priştina” (Kosovo) klubları qarşılaşacaq. Üç gün sonra keçiriləcək ikinci yarımfinal isə “Torshavn” (Farer adaları) və “İnter Eskaldes” (Andorra) arasında baş tutacaq.

Final görüşünün qalibi 6-7 və 13-14 iyulda təşkil olunacaq birinci təsnifat mərhələsində iştirak hüququ əldə edəcək. Məğlub olan üç klub isə Konferensiyalar Liqasının təsnifat mərhələsində oynayacaq./Oxu.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!