UEFA-dan AVRO-2020 və təşkilatçı şəhərlərlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

UEFA-dan AVRO-2020 və təşkilatçı şəhərlərlə bağlı açıqlama

İdman

11 Fevral 2021 19:46 1049


Futbol üzrə 2020-ci il Avropa çempionatı nəzərdə tutulan vaxtda keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə UEFA-nın AVRO-2020-nin Stadionlarındakı Əməliyyat rəhbəri Andreas Şar "Sport-Express" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, turnirə 12 şəhərin hamısı ev sahibliyi edəcək: "Bəli, vəziyyətin necə inkişaf etdiyini izləyirik. Amma bu an üçün 12 şəhərin hər biri siyahıdadır". pizza hut

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!