Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.
Yenisabah.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda 6-cı qrupun 3-cü turunda Latviya - İsrail matçını idarə edəcək.
Məsiyevə Pərvin Talıbov və polşalı Mixal Sobçak yan xətt hakimləri qismində köməklik göstərəcək. Sezar pizza
Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, Məsiyev bu gün İsrail - Polşa oyununu idarə edəcək.
Telegram kanalımız