UEFA-dan Əliyar Ağayevə yüksək etimad - Açılış ona həvalə olundu

saytların hazırlanması

Evə çatdırılma

UEFA-dan Əliyar Ağayevə yüksək etimad - Açılış ona həvalə olundu

İdman

19 İyun 2023 15:45 835


UEFA FİFA referisi Əliyar Ağayevə yüksək etimad göstərib. 

Yenisabah.az xəbər verir ki, azərbaycanlı FİFA referisi və köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli gənclər arasında (U-21) Avropa çempionatının açılış oyununa təyinat alıblar. Məlumatı AFFA rəsmi saytı vasitəsi ilə ictimaiyyətə açıqlayıb.

İyunun 21-də Tbilisi şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Toyuqlu pizza

Qeyd edək ki, gənclər arasında Avropa çempionatının final mərhələsini iki ölkə - Gürcüstan və Rumıniya birlikdə təşkil edir. Yarışa iyulun 8-də Batumi şəhərində keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!