UEFA "Qarabağ"ın məşqçisi Çudomir Çakarovu 2 oyunluq cəzalandırıb.
Yenisabah.az xəbər verir ki, buna səbəb 47 yaşlı mütəxəssisin Bakıda "Ayaks"a uduzduqları (0:3) oyunda qırmızı vərəqə almasıdır.
FIFA referisi Nikolas Uolş fasilədə Bolqarıstandan məşqçiyə qırmızı vərəqə göstərib. Dördpendirli pizza
O, Avropa Liqasında qarşıdakı 2 matçda texniki zonada əyləşə bilməyəcək.
Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görən Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə bir oyunluq cəzalandırılıblar.
Telegram kanalımız