UEFA-dan “Qarabağ“a mənfi cavab

saytların hazırlanması

Evə çatdırılma

UEFA-dan “Qarabağ“a mənfi cavab

İdman

02 Sentyabr 2021 17:07 1280


"Qarabağ"ın Konfrans Liqasının H qrupunun 1-ci turunda "Bazel"ə qarşı sentyabrın 16-ı keçiriləcək ilk ev oyunu "Azərsun Arena"da da olmayacaq. 

Bu barədə Yenisabah.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, UEFA-dan görüşün "Azərsun Arena"da keçirilməsi ilə bağlı mənfi cavab alıblar. G.Abbaszadə senyabrın 6-ı UEFA-nın ölkəmizə nümayəndə göndərəcəyini vurğulayıb.

Klub rəsmisinin sözlərinə görə, UEFA nümayəndəsi Tofiq Bəhramov Adına Respublika stadionu və Bakı Olimpiya Stadionundakı ot örtüyünə baxacaq. Bundan sonra görüşün stadionu ilə bağlı yekun qərar veriləcək. Toyuqlu pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!