UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, paylaşımda turnirin qrup mərhələsində iti bucaq altından vurulmuş 3 qol yayımlanıb.
"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun 3-cü turda Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da onların arasında yer alıb. pizza mizza
Xatırladaq ki, "Qarabağ" həmin görüşdə Abbasın 90+1-ci dəqiqədəki qolu ilə 2:1 hesablı qələbə qazanıb.
Telegram kanalımız