UEFA dörd şəhərdə AVRO-2020 matçlarını ləğv edə bilər

saytların hazırlanması

Evə çatdırılma

UEFA dörd şəhərdə AVRO-2020 matçlarını ləğv edə bilər

İdman

09 Aprel 2021 21:20 1210


Bakı, Sankt-Peterburq, Buxarest, Budapeşt, London, Amsterdam, Kopenhagen və Qlazqo futbol üzrə Avropa Çempionatı oyunlarını tamaşaçıların iştirakı ilə keçirəcəyini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları Biriliyinin (UEFA) mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Bakı və Sankt-Peterburq tribunaların 50%, Budapeşt 100%, digər şəhərlər isə 25-33% dolacağına təminat verib. pizza hut

Həmçinin, UEFA-nın Münhen,Roma, Bilbao və Dublində qitə çempionatı matçlarının keçirilməsilə bağlı aprelin 19-da qəti qərar qəbul edəcəyi bildirilib.

Qurumun qeyd edilən dörd şəhəri AVRO-2020 oyunlarının təşkili hüququndan məhrum edəcəyi gözlənilir. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!