Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Yenisabah.az xəbər verir ki, Ağayev Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Fola Eş" (Lüksemburq) -"Linfild" (Şimali İrlandiya) matçını idarə edəcək.
Ə.Ağayev yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək. Toyuqlu pizza
Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Fola Eş" - "Linfild" qarşılaşması Bakı vaxtı ilə 21:30-da başlayacaq.
Mehri Qurban
Telegram kanalımız