UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

UEFA Ermənistan Futbol Federasiyasını cəzalandırdı

İdman

15 Sentyabr 2023 09:50 608


UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb. 

Yenisabah.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda reallaşan Ermənistan - Xorvatiya oyununda baş verən hadisələr səbəb olub. 

Qurum stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir.  Toyuqlu pizza

Bundan əlavə, azarkeşlər sözügedən görüşdə protexniki vasitələrdən istifadə ediblər və matç nəzərdə tutulduğu vaxtdan gec başlayıb. Buna görə Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov da cəzalana bilər. 

Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Oyun Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!