UEFA İsraildə keçiriləcək oyunları təxirə saldı

UEFA İsraildə keçiriləcək oyunları təxirə saldı

İdman Veb saytların hazırlanması

09 Oktyabr 2023 13:36 349


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) növbəti iki həftə ərzində İsraildə himayəsi altında keçirilən bütün oyunları ləğv edib.

Yenisabah.az xəbər verir ki, bu barədə qitə ali futbol qurumunun saytında qeyd edilib.

UEFA mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar İsraildə planlaşdırılan bütün oyunları yaxın bir neçə həftəyə təxirə salır.

Oktyabrın 12-də keçirilməsi planlaşdırılan İsrail və İsveçrə arasında 2024-cü il Avropa çempionatının seçmə oyunu, 21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatının iki oyunu da təxirə salınıb.

Xatırladaq ki, İsrail millisi oktyabrın 12-də Estoniya, sonra isə oktyabrın 17-də Almaniya ilə qarşılaşmalı idi.

UEFA oktyabrın 15-də Kosovoda İsrail və Kosovo arasında keçiriləcək 2024-cü il Avropa çempionatının seçmə oyununun baş tutub-tutmayacağına qərar verməzdən əvvəl vəziyyəti qiymətləndirmək üçün daha bir neçə gün lazım olacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!