UEFA israilli azarkeşlərə hücumla bağlı bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

UEFA israilli azarkeşlərə hücumla bağlı bəyanat yaydı

Dünya

08 Noyabr 2024 21:13 1086


"Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Niderlandın "Ayaks" və İsrailin "Makkabi Təl-Əviv" komandaları arasında Avropa Liqası matçından əvvəl və sonra baş verən insidenti və zorakılıq hərəkətlərini kəskin şəkildə pisləyir".

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

"Ümid edirik ki, aidiyyəti orqanlar zorakılığa görə məsuliyyət daşıyan şəxsləri müəyyənləşdirəcək və onlara qarşı ittiham irəli sürəcək", - deyə UEFA-nın açıqlamasında qeyd olunub. pizza hut

Xatırladaq ki, Avropa Liqası çərçivəsində keçirilən "Ayaks" - "Makkabi" görüşündən sonra iğtişaş olub.

Naməlum maskalı şəxslər israilli azarkeşlərə hücum etməyə çalışırlar. Amsterdam polisi iğtişaşlardan sonra 62 nəfərin saxlanıldığını, 5 nəfərin yaralandığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!