UEFA İtaliya klublarına Avroliqanı tərk etmələri üçün müracət etdi

saytların hazırlanması

Evə çatdırılma

UEFA İtaliya klublarına Avroliqanı tərk etmələri üçün müracət etdi

İdman

12 Mart 2020 15:26 565


UEFA prezidenti Aleksander Çeferin İtaliyanın "İnter" və "Roma" klublarına Avropa Liqasını tərk etmələri üçün müraciət ünvanlayıb. 

Yenisabah.az "Football İtalia” nəşrinə istinadən xəbər verir ki, sloveniyalı rəsminin bu xahişi etməsinə səbəb koronavirus təhlükəsidir. 

Çeferin bildirib ki, turnirin davam etdirilməsi üçün onların yarışdan uzaqlaşdırılması vacibdir. Dominos pizza

Lakin İtaliya təmsilçiləri bu təklifi rədd ediblər.

Xatırladaq ki, İtaliyada koronavirusu ölənlərin sayı hər gün sürətlə artır.

Qeyd edək ki, UEFA bu gün Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilməli olan "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) oyunlarını koronavirusa görə təxirə salıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!