UEFA klublarımızın gəlirlərini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

UEFA klublarımızın gəlirlərini açıqladı

İdman

16 Yanvar 2020 15:11 1410


Azərbaycan Premyer Liqasında çıxış edən futbol klublarının 2018-ci maliyyə ili üzrə orta gəliri bəlli olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib.

Azərbaycan Premyer Liqasındakı klubların orta gəliri 3,4 milyon avrodur. Çempionat bu göstəriciyə görə Avropada 28-ci pillədə qərarlaşıb. Marqarita pizza

İngiltərə Premyer Liqası 272 milyon avro orta gəlirlə birinci, Almaniya Bundesliqası 175,3 milyon avro ilə ikinci, İspaniya La Liqası isə 157,3 milyon avro ilə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ermənistan Premyer Liqasında göstərilən dövrdə çıxış edən klubların orta gəliri cəmi 0,6 milyon avro olub. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!