UEFA Konfrans Liqasının püşkü atıldı

saytların hazırlanması

Evə çatdırılma

UEFA Konfrans Liqasının püşkü atıldı

İdman

18 Dekabr 2023 18:20 1032


UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Yenisabah.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib.

Qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasında qrup üçüncülərinə rəqib olublar. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu İspaniya təmsilçisi “Betis”lə görüşəcək. Pepperoni pizza

“Şturm” (Avstriya) - “Slovan” (Slovakiya)

“Servett” (İsveçrə) - “Ludoqorets” (Bolqarıstan)

“Union” (Belçika) - “Ayntraxt” (Almaniya)

“Betis” (İspaniya) - Dinamo” (Xorvatiya)

“Olimpiakos” (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan)

“Ayaks” (Niderland) - “Budyo-Qlimt” (Norveç)

“Molde” (Norveç) - “Legiya” (Polşa)

“Makkabi” (Hayfa, İsrail) - Gent (Belçika)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!