UEFA Konfrans Liqasının qalibi müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, final görüşündə "Olimpiakos"la (Yunanıstan) "Fiorentina" (İtaliya) qarşılaşıb.
Portuqaliyalı hakimlərin idarə etdiyi matç Afinada keçirilib. Dominos pizza
Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatdığından, qalibi müəyyən etmək üçün əlavə vaxta ehtiyac yaranıb.
Əlavə vaxtın 26-ci dəqiqəsində "Olimpiakos"un mərakeşli futbolçusu Əyyub əl-Kaabinin dəqiq zərbəsi yunan klubuna qələbə qazandırıb.
Telegram kanalımız