UEFA koronavirusun qarşısını almaq məqsədilə növbəti addım atıb.
Yenisabah.az xəbər verir ki, ali futbol qurumu futbolçulara avrokubok oyunlarından əvvəl görüşməyi ləğv edib. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə UEFA bu qərara gəlib.
Xatırladaq ki, qurum bundan öncə Çempionlar Liqasının 1/8 final mərhələsində oynanılacaq "Valensiya" (İspaniya) - "Atalanta" (İtaliya), Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçirilən "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyi haqqında məlumat yayıb. Marqarita pizza
Telegram kanalımız