UEFA “Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Jelezniçar”ı (Bosniya və Herseqovina) cərimələyib.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
UEFA-nın qərarına səbəb "Jelezniçar" azarkeşlərinin Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Belarus “Dinamo”su (Minsk) ilə ilk görüşdə - ev oyununda pilləkənlərdə oturması olub. pizza
Ona görə də klub 8000 avro məbləğində cərimələnib.
“Jelezniçar” məsələyə görə tamaşaçılardan “Neftçi” ilə keçiriləcək ev oyununda eyni səhvi təkrarlamamağı xahiş edib.
Sabah “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” - “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında cavab qarşılaşması avqustun 3-də Bakıda olacaq.
Telegram kanalımız