UEFA-nın “Boz qurd”la bağlı intizam işinə - Merih Demiraldan cavab 

saytların hazırlanması

Evə çatdırılma

UEFA-nın “Boz qurd”la bağlı intizam işinə - Merih Demiraldan cavab 

İdman

03 İyul 2024 16:22 904


Türkiyə milli komandasının müdafiəçisi Merih Demiral UEFA-nın onun barəsində intizam işi açmasından sonra paylaşım edib. 

Yenisabah.az xəbər verir ki, daha öncə yayılan məlumata görə, Avro-2024-ün 1/8 finalında ötən gecə Avstriya ilə oyunda (2:1) dubl edən Türkiyə millisinin üzvü Merih Demiral UEFA tərəfindən cəzalandırıla bilər. 

Buna səbəb müdafiəçinin qol sevincini türklüyün rəmzi hesab edilən  "boz qurd" işarəsi ilə qeyd etməsidir. UEFA məsələ ilə bağı araşdırmaya başlanıldığını açıqlayıb.  Marqarita pizza

Merihin bu hərəkəti UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilib. 

İntizam işinin Almaniya hökumətinin müraciəti ilə başladığını bildirilir.

Merih Demiral isə UEFA-nın araşdırma ilə bağlı açıqlamasından sonra sosial media hesabından qollarının şəklini paylaşıb və onun altına "Günaydın Türkiyəm. Nə mutlu türkəm deyənə" sözlərini yazıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!