Aleksander Çeferin yenidən Avropa Futbol Assosiasiyası – UEFA-nın prezidenti seçilib.
Yenisabah.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
UEFA prezidenti postuna yeganə namizəd sloveniyalı Aleksandar Çeferin olub. O, üçüncü dəfədir ki, bu vəzifəyə seçilir. Çeferin daha 4 il müvafiq postda xidmət edəcək. pizza hut
Xatırladaq ki, Çeferinin 55 yaşı var. O, 2016-cı ildən UEFA prezidenti vəzifəsini icra edir.
Telegram kanalımız